Çavuşoğlu NATO-nun baş katibilə görüşdü

70

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edib.

Elchi.az xəbər verir ki, o, ilk olaraq ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlar aparıb.

Görüşdən sonra hər iki tərəf ortaq mətbuat konfransı keçirib. Tədbir nazirin sosial şəbəkə səhifəsindən canlı olaraq yayımlanıb.

Türkiyə XİN rəhbəri danışıqların başlıca mövzusunun Ukraynadakı vəziyyət və taxıl dəhlizi olduğunu bildirib. O, bütün dünyanın Ukrayna və Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinə möhtac olduğunu deyib.

Stoltenberq isə Ukrayna nizamlanması, xüsusilə də taxıl dəhlizi məsələsindəki səylərinə görə Türkiyəyə təşəkkür edib. O, müharibənin başa çatmasını Rusiyanın Ukraynaya qarşı iddialarına son qoyması ilə əlaqələndirib.