Çavuşoğlu: “İsveç bu məsuliyyətdən qaça bilməz”

49

İrqçilik və nifrət cinayətlərinə qarşı mübarizə aparmaq lazımdır. Bu aksiya (PKK/PYD/YPG terror təşkilatı tərəfdarlarının Stokholm şəhərində keçirdiyi həqarət, təhqir və təhdid aksiyası) şəhərin mərkəzində, bələdiyyənin qarşısında, hamının gözləri önündə olub. İsveç bu aksiyaların məsuliyyətindən qaça bilməz.

Elchi.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə Ankarada birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir deyib ki, PKK-nın sadəcə İsveçdə deyil, Avropanın hər yerində təxribatlarını görürük. Avropa ölkələrinin bu məsələdə daha qərarlı olması lazımdır.

Nazirlər iki ölkə arasında əməkdaşlıq imkanları, perspektivdə olan məsələlər, o cümlədən enerji sahəsindəki layihələr barədə fikir və mülahizələrini bölüşüblər.