Çavuşoğlu Azərbaycanı təbrik etdi: Zəfərin ədəbi olsun

59

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

Elchi.az xəbər verir ki, Çavuşoğlu bu barədə rəsmi Tvitter səhifəsində paylaşım edib.

“İşğal altındakı torpaqlarını qəhrəmancasına bir mübarizə nəticəsində azad edən və beləliklə bölgədə sülh və sabitliyin əldə olunmasına vəsilə olan Azərbaycanın Zəfər Günü mübarək olsun! Zəfərlərin əbədi olsun, can Azərbaycan!”, – Çavuşoğlu bildirib.