Rusiya səfiri Andrey Kulik Şimali Koreya lideri Kim Çen Inın Rusiya Federasiyasına səfəri ilə əlaqədar Koreya Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Cənubi Koreya Xarici İşlər Nazirliyi qeyd edib ki, Rusiya səfiri ölkə hakimiyyətinin mövqeyini diqqətlə dinləyib və bunu Rusiya hökumətinə dəqiq çatdıracağına söz verib.
Qeyd edək ki, Kim Çen In Rusiyaya sentyabrın 12-də gəlib. Sentyabrın 13-də o, Vostoçnı kosmodromunda Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Müxtəlif formatlarda keçirilən görüş beş saatdan çox davam edib.
Havar Şəfiyeva