Cənubi Afrika Respublikasının Limpopo əyalətində baş verən yol qəzasında 20 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, Limpoponun Musina şəhərində mədən işçilərini daşıyan avtobus yük maşını ilə toqquşub və yanıb.
Qəza nəticəsində 20 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Limpopo Nəqliyyat və İcma Təhlükəsizliyi Departamentindən verilən açıqlamada polisin qəza ilə bağlı araşdırmanı tamamladıqdan sonra ictimaiyyətə məlumat verəcəyi açıqlanıb.
Mədən işçilərinin işlədiyi “Murray and Roberts” şirkətindən verilən açıqlamada ölən işçilərin yaxınlarına maddi dəstək veriləcəyi bildirilib.
Şayəstə Hüseynova