Cənubi Afrika, Rusiya və Çin fevral ayında birgə hərbi dəniz təlimləri keçirəcək

50

Cənubi Afrika, Rusiya və Çin bu ilin fevralında Afrikanın cənub sahilləri yaxınlığında Hind okeanında ongünlük birgə hərbi dəniz təlimləri keçirəcək.

Elchi.az xəbər verir ki, bu barədə Cənubi Afrika Milli Müdafiə Qüvvələrinə istinadla Cənubi Afrikanın “DefenseWeb” xəbər portalı məlumat yayıb.

Portal qeyd edir ki, təlimlər fevralın 17-dən 26-dək Cənubi Afrikanın Kvazulu-Natal əyalətinin sahilyanı rayonlarında keçiriləcək. Təlimlərdə, xüsusilə, artilleriya və hava hücumundan müdafiə əməliyyatları üstünlük təşkil edəcək.