Avropa İttifaqı (Aİ) Komissiyasının keçmiş prezidenti və “Müasir Avropanın Atalarından biri” adlandırılan Jak Delor 98 yaşında Parisdəki evində vəfat edib.
Elchi.az xəbər verir ki, Lil şəhərinin meri Martine Aubri atası Delorun bu səhər Parisdəki evində yatarkən öldüyünü bildirib.
Fransa prezidenti Emmanuel Makron 1985-1995-ci illərdə Aİ Komissiyasının sədri vəzifəsində çalışmış Delorun ölüm xəbərinə münasibət bildirib. paylaşdı.
Delorun ideallarının və dürüstlüyünün hər zaman ilham mənbəyi olacağını qeyd edən Makron mərhum siyasətçinin əməllərini və xatirəsini hörmətlə qarşıladığını, yaxınlarının ağrı-acısını paylaşdığını bildirib.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, X-dən verdiyi açıqlamada, Avropanın Delorun ölümü ilə “nəhənglərindən birini” itirdiyini söylədi.
Delorun hərəkətləri ilə AB-nin taleyini formalaşdırdığına diqqət çəkən Borrell, bu siyasətçinin Avropanın yetişdirdiyi mirasın üzərinə götürülməsi lazım olduğunu vurğulayıb.
Şayəstə Hüseynova