“Cəmiyyəti xoşbəxt  etmək üçün qadını  sevmək lazımdır” – PSİXOLOQ

99

“Qadın qətllərin qarşısını almaq üçün daha çox maariflənməyə ehtiyacımız var. Cəmiyyəti xoşbəxt və uğurlu etmək üçün adını əzmək  yox qadını sevmək lazımdır.
İlk öncə qadını şəxsiyyət kimi görmək lazımdır, cinslərə ayıfmaq və qadına mülkiyyət kimi baxmaq faciələrə qapı açır”. Bu fikirləri Elchi.az-a açıqlamasında psixoloq İlhamə Mustafayeva deyib.

O, açıqlamasında əlavə edib: “Bu davranışı edənlər şüuraltı olaraq ” qadınsansa dözməlisən”, “sənin həyatın yalnız ailəndən, uşağından ibarətdir” kimi fikirləri ilə kodlaşmışdır ki,  həmin düşəcədəkəki qadını görmək üçün zor tətbiq etməyə başlayırlar. Bu bir çox psixoloji məqamlarla bağlıdır və bu kimi halların qarşısını almaq üçün psixoloji müalicələr də vacib sayılır”.

Havar Şəfiyeva