"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Buraxılış imtahanının nəticələri elan olunub

02 Aprel 2024 - 18:15
in CƏMİYYƏT
#image_title

#image_title

FacebookVatsap

Buraxılış imtahanının nəticələri elan olunub.

Bunu da oxuyun

Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır

DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir

Sulutəpə və Xocasən qəsəbələrində qaz olmayacaq

DİM-dən Elchi.az-a verilən xəbərə görə, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2024/netorta/) daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli, qiymətləndirmə şkalası və yazı işi nümunələri) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə linkdəki faylda tanış ola bilərsiniz.

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 52267 nəfərdən 474 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 16 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 16‑18 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

  • Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
  • Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
  • Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (https://eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Qeyd: 10 mart 2024-cü ildə keçirilmiş buraxılış imtahanının nəticələrinin 15 – 19 aprel tarixləri ərzində elan olunması nəzərdə tutulur.

Previous Post

Buraxılış imtahanının nəticələri elan olunub

Next Post

Bitkoinin qiyməti 65 min dollardan aşağı düşüb

Bənzər yazılar

Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır

Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır

03 Sentyabr 2026 - 11:01

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində yeni tədris ilinə hazırlıq işləri davam edir. Bu barədə Elchi.az-a...

DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir

DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir

03 Sentyabr 2026 - 09:57

Yeni dərs ilinin başlanması küçə və yollarda təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması...

Bu gün Şirvan və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

Sulutəpə və Xocasən qəsəbələrində qaz olmayacaq

03 Sentyabr 2026 - 09:44

Bu gün Bakının Binəqədi rayonunun iki qəsəbəsində qaz təchizatı dayandırılacaq. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz"...

“Şamaxinka”dan Biləcəriyə gedən yolun eniş hissəsi bağlanacaq

“Şamaxinka”dan Biləcəriyə gedən yolun eniş hissəsi bağlanacaq

02 Sentyabr 2026 - 21:52

Aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonu, Moskva prospektinin kənar yolu (Biləcəri enişi hissəsi) nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq....

Next Post
Bitkoinin qiyməti 65 min dollardan aşağı düşüb

Bitkoinin qiyməti 65 min dollardan aşağı düşüb

Bitkoinin qiyməti 65 min dollardan aşağı düşüb

Bitkoinin qiyməti 65 min dollardan aşağı düşüb

Son xəbərlər

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident San Marinonun Regent Kapitanlarını təbrik edib

03 Sentyabr 2026 - 11:20
UEFA “Fənərbağça” və iki ulduzuna qarşı araşdırma başlatdı

UEFA “Fənərbağça” və iki ulduzuna qarşı araşdırma başlatdı

03 Sentyabr 2026 - 11:13
Gömrük nəzarətindən gizlədilən 654,9 karat brilyant qaşlar aşkarlanıb

Gömrük nəzarətindən gizlədilən 654,9 karat brilyant qaşlar aşkarlanıb

03 Sentyabr 2026 - 11:04
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır

Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır

03 Sentyabr 2026 - 11:01
İran ABŞ hücumlarında ölənlərin sayını açıqladı: 18 ölü, 142 yaralı

İran ABŞ hücumlarında ölənlərin sayını açıqladı: 18 ölü, 142 yaralı

03 Sentyabr 2026 - 10:54
Tramp: “İranla Yaxın Şərq, İsrail və Avropanı qorumaq üçün döyüşürük”

Tramp: “İranla Yaxın Şərq, İsrail və Avropanı qorumaq üçün döyüşürük”

03 Sentyabr 2026 - 10:46
ÜST-dən Ebola xəbərdarlığı: “Ən sürətlə yayılan epidemiya”

ÜST-dən Ebola xəbərdarlığı: “Ən sürətlə yayılan epidemiya”

03 Sentyabr 2026 - 10:32
Afrikada 210 milyon illik yeni dinozavr növü kəşf edildi

Afrikada 210 milyon illik yeni dinozavr növü kəşf edildi

03 Sentyabr 2026 - 10:23
Apple-da 15 illik Tim Kuk dövrü başa çatdı

Apple-da 15 illik Tim Kuk dövrü başa çatdı

03 Sentyabr 2026 - 10:15
Katex çayında köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib – VİDEO

Evdə köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi

03 Sentyabr 2026 - 10:08
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir

DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir

03 Sentyabr 2026 - 09:57
Bu gün Şirvan və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

Sulutəpə və Xocasən qəsəbələrində qaz olmayacaq

03 Sentyabr 2026 - 09:44
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti təlim keçirib – VİDEO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti təlim keçirib – VİDEO

03 Sentyabr 2026 - 09:36
Dünya birjalarında neft bahalaşıb

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb

03 Sentyabr 2026 - 09:29
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

03 Sentyabr 2026 - 09:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.