Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə Elchi.az-a Mərkəzdən bildirilib.
Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
Heydər Əliyev prospekti (kənar yol) – Mərkəz istiqamətində;
Qara Qarayev prospekti – “Qara Qarayev” metrostansiyasından “Koroğlu” metrostansiyası istiqamətində;
Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metrostansiyası istiqamətində;
Tiflis prospekti – “20 Yanvar” metrostansiyasıdan mərkəz istiqamətində;
28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
Babək prospekti – Mərkəz istiqamətində;
Mikayıl Useynov prospekti – Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
20 Yanvar dairəsində.