"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Bu xəbərlər bizi narahat etmir, Ziya müəllim əladır” – Elton Məmmədov

08 Fevral 2016 - 15:13
in XƏBƏR LENTİ
FacebookVatsap

Nəqliyyat naziri Ziya Məmmədov ətrafında baş verən proseslər hələ də diqqət mərkəzindədir. Nazirin səlahiyyətlərinin tamamilə azaldılması, yaxın günlərdə bu qurumun ümumiyyətlə ləğv ediləcəyi barədə məlumatların yayılması, oğlu Anar Məmmədovun layihələrinə “stop” qoyulması kimi açıq görünən zərərsizləşdirmə prosesinin sonu necə olacaq, məmmədovların qəfil çöküşünün kökündə nə dururur?..

Bütün bu məsələlərlə bağlı AzNews.az-ın əməkdaşı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, son parlament seçkilərində proseslərdən kənarda saxlanılan sabiq millət vəkili Elton Məmmədova müraciət edib. Bəzi sualları cavablandırmaq istəməyən E.Məmmədov müəyyən məqamlara aydınlıq gətirib:

Bunu da oxuyun

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

– Elton müəllim, neçə illərdi Milli Məclisin deputatı kimi aktiv fəaliyyətlə məşğul idiniz… Xarici səfərlər, Milli Məclisin iclasları və.s
İndi nəylə məşğulsunuz?

– Ciddi elmi tədqiqatlarla məşğulam
Elm tükənməz bir sahədir. Nə qədər elmi tədqiqatlar çox aparıb, bir o qədər elmin dərinliyinə vararsan.

– Deputat dostlarınızla görüşürsünüz?
– Bəli, tez-tez görüşürəm. Onların irəli sürdüyü təkliflərlə maraqlanıram. Mən də vətəndaşam, bu dövlətin inkişafında, qanunvericilik bazasının təkmilləşdirilməsində, genişlənməsində və zənginləşməsində maraqlı olan ziyalılardan biriyəm.

– Yəni, bu gün millət vəkili olmasanız da belə çəmiyyətdə gedən ictimai-siyasi prosesləri izləyirsiniz?
– Təbii ki. Azərbaycan vətəndaşı cəmiyyətdə və dövlətdə gedən proseslərə biganə qala bilərmi? Bütün prosesləri izləyirəm. Bu hər bir vətəndaşın borcudir. İstər millət vəkili, istərsə də elmlər doktoru, istər akademik, kim olur olsun bütün insanlar dövlət quruluşunda maraqlı olmalıdır. İstəyirlər ki, ictimai-siyası sabitlik olsun, xalqın sosial rifahı yaxşılaşsın, insanlarımız maariflənsin. Çünki bizim ailə də böyütdüyümüz övladlar da bu cəmiyyətin üzvüdürlər.

– Sizin bu ilki seçkilərə qatılmamağınız ciddi müzakirə mövzusuna çevrildi. Qardaşınız Ziya Məmmədovun mövqelərinin zəiflədiyi bir vaxtda sizin seçkilərdə iştirak etməməyiniz əlbəttə diqqətdən kənarda qala bilməzdi. Bu barədə nə deyə bilərsiniz?
– Millət vəkili olmadığıma, namizədliyini irəli sürmədiyimə görə, heç də təəssüflənmirəm. Nəyə görə? Çünki mənim elmi layihələrim var və onlarla məşğulam. Düşünürəm ki, bu gün iqtisadi və maliyyə böhranı zamanında daha da inavatik düşüncələrə, yeni texnologiyaların tətbiqinə gedirik. Yeni texnologiyaların yaranmasına ehtiyac var, mənim də apardığım elmi tədqiqatlar bir başa iqtisadiyyatın inkişafı ilə bağlı olar və yenilik gətirən bir sahədir. Düşünürəm ki bu sahədə də vacib işlər görülməlidir.

– Mətbuat nəqliyyat naziri Ziya Məmmədov hökumət daxilində artıq arzu edilməz şəxsə çevrildiyini, yaxın günlərdə nazir postunu itirəcəyini yazır… Bu nə dərəcə də realdır? Ümumiyyətə, məmmədovlar həmişə mətbuatın manşetlərini bəzəyir…

– Mətbuat azaddır. Biz demokratik ölkədə yaşayırıq. Məmmədovlardan yazırlar, qoy yazsınlar, eybi yoxdur. Aydındır ki, bu yazıların çoxusu qərəzli və sifarişlə yazılan yazıladır. Mən həmişə demişəm, ola bilsin hardasa qərəzli mövqe var, ola bilsin insanlar istəyini başqa cür büruzə verə bilmirlər, mətbuatla gündəmə gətirirlər. Qoy gətirsinlər. Bu, məmmədovları qəti narahat etmir.

– Ziya Məmmədov necədir? Bu yazıları başa düşdük, səlahiyyətlərinin bu qədər azaldırlması da onu narahat etmir?
– Ziya müəllim əladır.

– Görüşürsünüz?
– Tez-tez də görüşürük. Mətbuatın Ziya müəllimin üstünə gəlməkdə və ondan yazmaqda məqsəd ondan ibarətdir ki, həmişə çox işləyənin adı hallanar. Bu gün Azərbaycanın Şərqinə, Qərbinə, hansı tərəfinə getsəniz, ölkə rəhbərinin uğurlu siyasətində Ziya Məmmədovun adı var. Çünki yol nəqliyyat infrastrukturu ölkə rəhbərinin siyasətinin qətiyyəti və Ziya müəllimin fədakar əməyi nəticəsində ərsəyə gəlib. Bu mənada gərək, Ziya müəllimin adını yaxşı mənada çəksinlər, yəni əsassız və neqativ məlumatlara uymasınlar.

– Amma sizin seçkilərə qatılmamağınız, bir çox vacib qurumların Ziya Məmmədovun nəzarətindən çıxması göstərdi ki, informasiyaların heç də hamısı əsassız deyil…
– Ölkədir və onun rəhbəri var. Ölkə rəhbəri bir çox sahələrin təkmilləşməsində, vahid idarəetmə sisteminin müasirləşməsi istiqamətində daha çevik siyasət həyata keçirir. O, Ziya Məmmədovun, yaxud da digər icra hakimiyyətinin başçısının istəyi ilə deyil. Dediyiniz məsələlərlə bağlı geniş danışmaq fikrim yoxdur. Amma bunu hamı görür ki, Ziya Məmmədov bu gün də Nəqliyyat Nazirliyi sisteminə nəzarət edir və nazirdir”.

– Amma yaxın günlərdə Nəqliyyat Nazirliyinin ləğv olunması barədə də məlumatlar var. Bu yazılanları da qərəzli və həqiqətdən kənar şayiələr hesab edirsiz?
– Partiya və milli mənsubiyyətindən asılı olmadan demək istəyirəm ki, dövlət rəhbərinin, cənab prezidentin işinə kimsə müdaxilə edib, onun müstəsna səlahiyyətlərini özbaşına təhlil etməsinlər. Ölkə prezidenti nə məsləhət görəcəksə o da olacaq. Bütün dövlət qurculuğunda, hakimiyyət oqranlarında gedən proseslər onun istəyinə və siyasətinə uyğun aparılır. Kimlərsə kimisə işdən çıxarmaq, vəzifəyə qoymaq səlahiyyətində və iqtidarında deyil.

Previous Post

“Bu xəbərlər bizi narahat etmir, Ziya müəllim əladır” – Elton Məmmədov

Next Post

Nazirdən Gəncədəki insidentlə bağlı – Açıqlama

Bənzər yazılar

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

12 Oktyabr 2026 - 16:24

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu...

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13

Ukrayna Silahlı Qüvvələri (USQ) oktyabrın 9-na keçən gecə Rusiyanın Nijni Novqorod vilayətində, Sırovatixa yaşayış məntəqəsi yaxınlığında yerləşən Qitələrarası Ballistik Raketlərin...

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24

Bakıda "Sabah" və "Slaviya" (İngiltərə) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununu avstriyalı hakim idarə edəcək....

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21

Müdafiə Nazirliyi ötənhəftəki məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. Elchi.az icmalı təqdim edir:    

Next Post

Nazirdən Gəncədəki insidentlə bağlı - Açıqlama

Nazirdən Gəncədəki insidentlə bağlı - Açıqlama

Son xəbərlər

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

12 Oktyabr 2026 - 17:09
Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

12 Oktyabr 2026 - 16:57
Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək

Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək

12 Oktyabr 2026 - 16:44
Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol təsdiq edilib

Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol təsdiq edilib

12 Oktyabr 2026 - 16:32
Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

12 Oktyabr 2026 - 16:24
DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər həbs edilib – VİDEO

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər həbs edilib – VİDEO

12 Oktyabr 2026 - 13:55
“Kəpəz” Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb

“Kəpəz” Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb

12 Oktyabr 2026 - 12:29
Zelenski Trampla münaqişə riski ilə üz-üzədir

Zelenski Trampla münaqişə riski ilə üz-üzədir

12 Oktyabr 2026 - 12:15
“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

12 Oktyabr 2026 - 12:07
Messi üçün “Kamp Nou”da vida mərasimi keçiriləcək

Messi üçün “Kamp Nou”da vida mərasimi keçiriləcək

12 Oktyabr 2026 - 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

12 Oktyabr 2026 - 11:53
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Prezident İlham Əliyev Kambocaya səfərə dəvət edilib

12 Oktyabr 2026 - 11:51
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

12 Oktyabr 2026 - 11:50
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

12 Oktyabr 2026 - 11:48
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

12 Oktyabr 2026 - 11:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.