"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Bu tarixdən metroda qrafik dəyişir

12 Sentyabr 2023 - 10:59
in CƏMİYYƏT
FacebookVatsap

Yeni tədris ilinin başlanması və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabrın 15-dən Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.

Bunu da oxuyun

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

Elchi.az xəbər verir ki, Bakı Metropoliteni QSC-nin sədri Zaur Hüseynovun əmri ilə təsdiq edilmiş qatarların hərəkət qrafikinə uyğun olaraq, xətlərdəki qatarların sayı artırılacaq və hərəkəti sıxlaşdırılacaq, interval azaldılacaq.

Qeyd olunub ki, metropolitendə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər müəyyən edilib:

“Həmin müddətdə “Həzi Aslanov-28 May” istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə müəyyənləşdirilib.

Bu, Bakı metropoliteni xətlərinin mövcud texniki xüsusiyyətlərinə görə hazırkı dövrdə mümkün ən optimal hərəkət qrafiki və müntəzəm tətbiq oluna biləcək minimal intervallardır. Həmin sahədə günorta vaxtı interval 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq.

Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə xətlərin birləşdiyi “28 May” stansiyasından “Dərnəgül” (Yaşıl xətt) və “İçərişəhər” (Qırmızı xətt) istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.

“Həzi Aslanov-28 May” sahəsində istirahət günləri fərqli hərəkət qrafiki tətbiq ediləcək. Qatarlar arasında şənbə günləri saat 7:00-dan saat 21:00-a qədər 2,5 dəqiqəlik, bazar günləri isə eyni saatlarda 3 dəqiqəlik interval tətbiq ediləcək. İstirahət və bayram günlərində sərnişinlərin axın hərəkətinə uyğun olaraq, qrafikə ediləcək əlavə dəyişikliklər barədə ictimaiyyətə məlumat veriləcək”.

Vurğulanıb ki, Bənövşəyi xətt, eləcə də, Yaşıl xəttin “Xətai-Cəfər Cabbarlı” sahəsində qatarların hərəkət qrafiki olduğu kimi saxlanılacaq:

“Sərnişinlər günün müəyyən vaxtlarında “Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkətini, həmçinin, daha böyük interval müşahidə edirlər. Bu, qatarların “Nərimanov” elektrik deposundan xəttə verilməsi və ya xətdən çıxarılması ilə əlaqədardır. Belə hallarda “Ulduz-Həzi Aslanov” sahəsində interval daha çox olur. Həmin vaxt “Həzi Aslanov-Ulduz” sahəsində günün qrafiklə müəyyən edilmiş vaxtlarında iki qatarın ardıcıl olaraq “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsi mümkündür.

Həmçinin, zərurət yarandığı təqdirdə, qatarların “Memar Əcəmi” və “Neftçilər” stansiyasından dövr etməsini nəzərə alaraq, həmin müddətlərdə “Nəsimi-Dərnəgül”, “Xalqlar dostluğu-Əhmədli” sahələrində də qatarlar arasında iki dəfə çox olmaqla, iki qatarın ardıcıl “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsi mümkündür. Yeni qrafikin 2024-ci ilin yay aylarına qədər qüvvədə saxlanması nəzərdə tutulub.

Sərnişinlərimiz qatarların “Bakmil” stansiyasına və əksinə hərəkət cədvəlləri ilə sentyabr ayının 14-ü axşam saatlarından metro.gov.az saytının müvafiq bölməsində tanış ola bilərlər”.

Bakı Metropoliteni QSC gözlənilən sərnişin sıxlığı ilə əlaqədar istifadə qaydalarına riayət etməyi, xüsusən platformalarda qatarları gözləyərkən ehtiyatlı və diqqətli olmağı, qatarlardan minib-düşənlərə yol verməyi, vaqona minərkən qapı zonasında və stansiya platformalarının eskalator meydançalarında yubanmamağı və dayanmamağı xahiş edib.

Bildirilib ki, qatarların stansiyada yubanması intervalların pozulmasının səbəb olur:

“İntervalların təyin olunmuş həddi aşması isə qatarların hərəkət intensivliyini aşağı salmaqla, qatarların stansiyalara daxil olmadan tunellərdə dayanıb gözləməsinə, platformalarda, xüsusən sərnişin axını daha çox olan stansiyalarda qatar gözləyənlərin sayının daha da artmasına gətirib çıxarır”.

Previous Post

Bu tarixdən metroda qrafik dəyişir

Next Post

Rusiyanın yardım maşını Xankəndidə: XİN-dən reaksiya…

Bənzər yazılar

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə...

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 21:09

Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə...

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata...

Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

04 Sentyabr 2026 - 21:03

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt, Gəncə şəhərləri və Salyan rayonunda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar...

Next Post
Qarabağdakı ermənilərin reinteqrasiyası… – XİN

Rusiyanın yardım maşını Xankəndidə: XİN-dən reaksiya...

Qarabağdakı ermənilərin reinteqrasiyası… – XİN

Rusiyanın yardım maşını Xankəndidə: XİN-dən reaksiya...

Son xəbərlər

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55
ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

04 Sentyabr 2026 - 21:53
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 21:09
MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05
Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

04 Sentyabr 2026 - 21:03
Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

04 Sentyabr 2026 - 20:59
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

04 Sentyabr 2026 - 19:26
Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 19:12
Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

04 Sentyabr 2026 - 18:53
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Yaşıllıqlara 200 min manat ziyan vuruldu

04 Sentyabr 2026 - 18:45
Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

04 Sentyabr 2026 - 18:36
Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

04 Sentyabr 2026 - 18:22
Bakı metrosunda ötən ay 18 milyondan çox səfər qeydə alınıb

Bakıda yeni metro stansiyanın adı “20 Sentyabr” olacaq

04 Sentyabr 2026 - 18:14
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

04 Sentyabr 2026 - 17:59
Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

04 Sentyabr 2026 - 17:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.