BU ölkə TROPEX-23 təliminə başladı

37

Hindistan Hərbi Dəniz Qüvvələri Hind okeanında TROPEX-23 irimiqyaslı təlimlərə başlayıb.

Elchi.az xəbər verir ki, bu barədə  Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyat səviyyəli TROPEX təlimləri iki ildə bir dəfə keçirilir, nəinki Hindistan Hərbi Dəniz Qüvvələrinin bütün bölmələri, həmçinin Hindistan Ordusu, Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi də bu təlimlərdə iştirak edir.

“TROPEX-23 təlimi 2023-cü ildə üç ay-yanvardan marta qədər davam edəcək. Təlim çərçivəsində Hindistan Hərbi Dəniz Qüvvələrinin bütün yerüstü döyüş gəmiləri, o cümlədən minaaxtaran gəmilər, freqatlar, korvetlər, eləcə də sualtı qayıqlar və təyyarələr Hərbi Dəniz Qüvvələrinin əməliyyat konsepsiyasını, o cümlədən əməliyyat logistikası və qarşılıqlı fəaliyyət qabiliyyətini sınaqdan keçirmək və təkmilləşdirmək üçün mürəkkəb dəniz əməliyyatları keçirəcək”, – deyə Müdafiə Nazirliyindən bildirilib.

Nazirlikdən həmçinin qeyd edilib ki, illər ərzində bu təlimlərin genişlənmiş miqyası və mürəkkəbliyi Hindistan Hərbi Dəniz Qüvvələrinin birləşmiş donanmalarının çoxsaylı təhlükələr şəraitində döyüş hazırlığını yoxlamağa imkan verir.

“Dəniz təlimləri həmçinin Hindistan Ordusu, Hindistan Hərbi Hava Qüvvələri və Sahil Mühafizəsi ilə qarşılıqlı fəaliyyətin operativ səviyyəsinə töhfə verir və çətin şəraitdə əməliyyat uyğunluğunu və birgə əməliyyatları daha da gücləndirir”, – Müdafiə Nazirliyi əlavə edib.

Yeganə