Brüssel hava limanında tətil səbəbindən uçuşlar təxirə salınıb

53

Brüssel hava limanı artan enerji qiymətləri və yüksək yaşayış qiymətləri səbəbindən ümummilli tətil nəticəsində yaranan fasilələrin qarşısını almaq üçün noyabrın 9-da bir çox reysləri ləğv edir.

Elchi.az xəbər verir ki, bu barədə Brüssel Hava Limanından verilən yazılı açıqlamaya görə, ümumi tətil səbəbiylə nəqliyyatın ciddi şəkildə pozulacağı gözlənildiyi üçün uçuşların təxminən yüzdə 40-ı ləğv edilib.

Xaosun qarşısını almaq üçün əlavə tədbirlərin lazım olub-olmaması ilə bağlı aviaşirkətlərlə müzakirələr davam edir.
Təsirə məruz qalan sərnişinlər öz aviaşirkətləri tərəfindən şəxsən məlumatlandırılacaqlar.
Səyahət edə bilən sərnişinlərə özləri ilə yalnız əl yükü götürmələri tövsiyə olunur.

Belçikada ümumi tətil

Noyabrın 9-da Belçikada həmkarlar ittifaqları enerji böhranı və yaşayış dəyərinə etiraz etmək üçün ölkə daxilində hərəkətə keçəcəklər.
Həmkarlar ittifaqları qaz və elektrik enerjisi üçün tavan qiymət və əmək haqqı standartının tətbiqi kimi qanunvericiliyə dəyişikliklər tələb edirlər.

İnflyasiya son 47 ilin ən yüksək səviyyəsinə çatıb

Belçika Statistika İnstitutunun (Statbel) açıqladığı məlumatlara görə, oktyabrın 28-də ölkədə təbii qazın qiyməti bir il əvvəllə müqayisədə oktyabr ayında 130,6 faiz, elektrik enerjisinin qiyməti isə 84,7 faiz artıb.
Ölkədə inflyasiya 12,27 faizə çatıb ki, bu da 1975-ci ildən bəri ən yüksək səviyyədir.

Şayəstə