Brüssel-Bakı-İrəvan formatını dəstəkləyirəm – Ştaynmayer

60

Almaniya Prezidenti Avropa Birliyi-Azərbaycan-Ermənistan üçtərəfli formatını dəstəkləyir.

Elchi.az xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Regional təhlükəsizlik məsələlərinə toxunan Frank-Valter Ştaynmayer Almaniyanın Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin bilavasitə iştirakı ilə aparılan Avropa Birliyi-Azərbaycan-Ermənistan üçtərəfli formatını dəstəklədiyini vurğulayıb.