Rusiya “xüsusi hərbi əməliyyatının” ilk üç ayında çox güman ki, Sovet İttifaqının Əfqanıstanda doqquz illik müharibəsi zamanı məruz qaldığı qədər hərbçi itkisinə məruz qalıb.
Bu, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.
Bildirilib ki, aşağı səviyyəli zəif taktikaların, məhdud hava dəstəyinin, çeviklik çatışmazlığının və uğursuzluğu gücləndirərək səhvləri təkrarlamağa səbəb olan komanda yanaşmasının kombinasiyası bu cür çoxsaylı itkilərə səbəb olub.
Qeyd olunub ki, eyni səbəblərə görə Rusiyanın Donbasa hücumu zamanı itkiləri artmaqda davam edir.
Məlumatda vurğulanıb ki, Rusiya ictimaiyyəti, keçmişdəki müharibələr zamanı məruz qaldığı itkilərə qarşı həssas olduğunu sübut edib.
Vurğulanıb ki, Ukraynadakı itkilər artmağa davam etdikcə, rusiyalılar müharibəyə görə narazılığı daha açıq şəkildə və ictimai qaydada səsləndirəcəklər.
iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi
Consumer Intelligence Research Partners analitik şirkəti 2024-cü ilin birinci rübündə - yanvarın 1-dən martın 31-dək iPhone satışlarına yekun vurub. Siyahıya...





















Son şərhlər