BRİKS xarici işlər nazirləri İndoneziyanı alyansa dəvət edir

102

İndoneziyanın xarici işlər naziri Retno Marsudi bildirib ki, BRİKS ölkələrinin ( Braziliya , Rusiya , Hindistan , Çin , Cənubi Afrika ) xarici işlər nazirləri bu ölkəyə bloka qoşulmaq üçün dəvət göndəriblər.
Elchi.az bu barədə ANTARA News-a istinadən xəbər verir.
Marsudi vurğulayıb ki, İndoneziya hələ də BRİKS-ə qoşulmağın faydalarını təhlil edir.
“Faydaları siyasi və iqtisadi baxımdan ölçmək üçün hələ də daxili araşdırma aparılır”-deyib.
Nazir əlavə edib ki, İndoneziya BRİKS-ə qoşulmaqda “maraq ifadəsi” məktubu göndərməyib. Eyni zamanda o, ölkənin bütün BRİKS-ə üzv dövlətlərlə yaxşı münasibətlərə malik olduğunu vurğulayıb.
2023-cü il avqustun sonunda Cənubi Afrikada 15-ci BRİKS sammiti keçirildi. Sammitin nəticəsi olaraq təşkilata daha altı ölkə – Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri dəvət olunub. Onların 2024-cü il yanvarın 1-də üzv olacağı gözlənilir.
Argentinanın xarici işlər naziri Santiaqo Kafiero bildirib ki, ölkənin BRİKS-ə daxil olması xarici ticarət üçün böyük imkanları təmsil edir. O vurğulayıb ki, təşkilatın üç üzvü Argentinanın ticarət tərəfdaşlarıdır, ona görə də onlarla ixracı genişləndirmək imkanı “maraqlı çağırış” kimi görünür.
Efiopiyanın baş naziri Abiy Əhməd BRİKS-ə dəvəti ölkəsi üçün “böyük an” adlandırıb, BƏƏ isə ölkənin BRİKS-ə qoşulmaqla Qərbdən üz döndərmədiyini vurğulayıb.

Nuranə Məmmədova