Braziliyanın qərbində kiçik təyyarənin Amazon meşəsinə düşməsi nəticəsində 12 nəfər ölüb.
Elchi.az xəbər verir ki, Ölkənin Rio Branko şəhərinin hava limanından havaya qalxan kiçik təyyarə Akko ştatında Amazon meşələrinə çırpılıb.
Qəzada təyyarədə olan 12 nəfər həyatını itirib. Ölənlər arasında bir körpənin olduğu paylaşılıb.
Təyyarənin bağlı olduğu şirkətdən verilən açıqlamada qəzadan çox kədərləndikləri və təyyarənin yerə çırpılmasından dərhal sonra alovlandığı bildirilib.
Açıqlamada hadisə yerinə çoxlu təcili yardım və yanğınsöndürmə briqadasının göndərildiyi bildirilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Nuranə Məmmədova