Braziliya hakimiyyəti İsrailin səfiri Daniel Zonşeynin ölkədən deportasiyası məsələsini müzakirə edir.
Elchi.az bu barədə BBC.com-a istinadən xəbər verir.
Məlumata görə, Braziliya prezidenti Luiz İnasio Lula da Silva fevralın 19-da beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Selso Amorim ilə bu məsələni müzakirə edib. Bununla belə, ölkənin Xarici İşlər Nazirliyi israilli diplomatın ölkədən çıxarılmasını arzuolunmaz və radikal tədbir hesab edir.
Fevralın 18-də Lula da Silva bildirib ki, İsrailin Qəzza sektorunu bombalaması nəticəsində dinc əhalinin qətliamını Adolf Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə etmək olar.
İsrailin baş naziri Benyamin Netanyahu Lula da Silvanın həmin gün dediklərini biabırçı adlandırıb.
Yeganə