Böyük Britaniya “Malloy” PUA-larını Ukraynaya təhvil verdi

95

Böyük Britaniya Malloy pilotsuz uçuş aparatlarını nəqliyyat işləri üçün Ukraynaya təhvil verib. Elchi.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi “X” hesabında məlumat yayıb.

“Biz Ukraynaya ağır Malloy pilotsuz təyyarələrini verdik, onlar cəbhə xəttinə təchizat və silah çatdıra biləcək”, – Müdafiə Nazirliyi bildirir.

Mərmilərin daşınması ilə yanaşı, qida və sursat göndərmək üçün pilotsuz təyyarələrdən istifadə ediləcəyi gözlənilir. Nazirlik bu tipli PUA-ların Ukraynadakı münaqişədə mühüm rol oynamağa qadir olduğunu vurğulayıb.

Havar Şəfiyeva