BMT və Afreximbank Rusiya taxılının ixracı üçün platforma hazırlayır

65

BMT Afrika İxrac-İdxal Bankı ilə birlikdə Rusiya taxılının və gübrələrinin Afrikaya ixracı ilə bağlı əməliyyatları asanlaşdırmaq üçün platforma hazırlayır. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.

Bildirilir ki, mütəxəssislər müştərilərin daha çevik lazımi müayinəsi üçün platforma yaradırlar. Bunu, sanksiyalara riayət etmək və ərzaq və gübrələrin ixracı üzrə əməliyyatların həyata keçirilməsi üçün edilir.
Bundan əvvəl iqtisadçı ekspert Nikolay Şerbakov bildirib ki, ərzaq və gübrələrin tədarükü hazırda Rusiya ilə Afrika ölkələri arasında əməkdaşlığın əsas istiqamətləridir.

Havar Şəfiyeva