BMT: Ukrayna iqtisadiyyatı 2023-cü ildə dayanacaq

103

Birləşmiş Millətlər Təşkilatı (BMT) hesab edir ki, Ukrayna iqtisadiyyatı 2022-ci ildə davam edən münaqişə səbəbindən 29,1% kiçilib, 2023-cü ildə isə durğunlaşa bilər.

Elchi.az bu barədə ria.ru-ya istinadən xəbər verir.

“Dünyanın iqtisadi vəziyyəti və onun perspektivləri” adlı ümumdünya təşkilatının hesabatında qeyd olunduğu kimi, Ukrayna iqtisadiyyatı ötən il müharibə səbəbindən sənaye imkanlarının və enerji infrastrukturunun əhəmiyyətli hissəsini itirdiyindən, demək olar ki, üçdə bir qədər kiçilib:

“Xarici maliyyə yardımına, o cümlədən BVF kreditinə və Avropa İttifaqı, ABŞ-ın büdcə dəstəyinə baxmayaraq, Ukrayna iqtisadiyyatının 2023-cü ildə durğunluq ehtimalı var”, – hesabatda deyilir”.

Ukraynanın uzunmüddətli perspektivlərinə gəlincə, BMT ekspertləri qeyd edirlər ki, onlar münaqişənin müddəti və intensivliyindən, eləcə də ölkənin yenidənqurma işlərini maliyyələşdirmək imkanlarından asılı olacaq. Onlar hesab edirlər ki, bunun üçün indiyə kimi 411 milyard ABŞ dolları tələb olunacaq.

Bu arada, martda Ukraynanın dövlət büdcəsinin yalnız hərbi xərcləri rekord məbləğdə – 13,5 milyard dollar artırılıb. Bu, Ukrayna tarixində ən böyük büdcə artımıdır.

Yeganə