BMT taxıl müqaviləsi çərçivəsində Rusiya banklarına kömək etmək qərarına gəlib

86

BMT taxıl müqaviləsi çərçivəsində Rusiya bankları ilə əməliyyatlar aparmağın yollarını axtarır. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası banklarına kömək qərarı Ümumdünya Təşkilatının baş katibinin mətbuat katibinin müavini Fərhan Haq bildirib.

O izah edib ki, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının rəhbəri Rebekka Qrinspan və komandasının iş sahələrindən biri Rusiya banklarına, o cümlədən Rusiya Kənd Təsərrüfatı Bankına ödənişlər etməyə imkan verəcək həll yolu tapmaqdır.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin taxıl sazişinin həyata keçirilməsi üçün səylər göstərdiyini qeyd edib. Onun sözlərinə görə, qurumun baş katibi Antonio Quterreş sanksiyalar nəticəsində SVIFT-dən ayrılan Rosselxozbank-a ixrac əməliyyatlarına xidmət göstərilməsi üçün kömək istəyi ilə üç Amerika bankına müraciət edib.

Havar Şəfiyeva