BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Rusiya və Ukraynada mülki şəxslərin ölümlərindən sonra gərginliyin azaldılması və mülki şəxslərin müdafiəsi üçün çağırış edib. Elchi.az xəbər verir ki, mesaj Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının “X” sosial şəbəkənin hesabında yer alıb.
Hesabatda qeyd olunur ki, münaqişə tərəfləri beynəlxalq hüquqa hörmət etməlidir.
Xatırladaq ki, ötən ilin sonundan etibarən Ukrayna ordusu Belqorodu atəşə tutur. Ən kütləvi hadisə dekabrın 30-da baş verib, nəticədə 25 nəfəri xilas etmək mümkün olmayıb, 100-dən çox insan yaralanıb.
Havar Şəfiyeva