BMT-nin baş katibi Antonio Quterreş Qırmızı dənizdə gərginliyin çox yüksək səviyyədə olduğunu bildirib. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Onun sözlərinə görə, vəziyyətin tezliklə nəzarətdən çıxması ehtimalı var. Quterreş İsrail və Livan sərhədində gündəlik atışmalardan ciddi narahat olduğunu bildirdi.
Quterreş bildirib ki, bu, İsrail və Livan arasında daha geniş eskalasiyaya səbəb ola bilər. Onun sözlərinə görə, bu, regional sabitliyə ciddi təsir göstərəcək.
Havar Şəfiyeva