BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) Qəzza zolağındakı regional ofisinin rəhbəri Georgios Petropoulos bildirib ki, “Qəzza zolağında mövcud vəziyyət görünməmiş fövqəladə vəziyyət həddinə çatıb”.
Elchi.az xəbər verir ki, Petropoulos və BMT-nin Uşaq Fondunun (UNICEF) Qəzza zolağı üzrə baş fövqəladə hallar koordinatoru Hamiş Yanq BMT-nin Cenevrə ofisinin həftəlik onlayn mətbuat konfransına qatılaraq, İsrailin intensiv hücumuna məruz qalan Qəzzada son vəziyyəti dəyərləndiriblər.
“Qəzza zolağında mövcud vəziyyət görünməmiş fövqəladə vəziyyət həddinə çatıb”. Petropulos bildirib ki, İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücumları, eləcə də şəhər sakinlərinin təxliyyə tələbləri azı 110 min insanın məcburi köçkünə çevrilməsinə səbəb olub ki, onların da çoxu əvvəllər də bir neçə dəfə məcburi köçkün olublar.
Petropoulos, İsrail qüvvələri tərəfindən Rəfah sərhəd qapısının bağlanmasının humanitar səylər üçün yanacaq və kritik humanitar ləvazimatların ölkəyə girişini məhdudlaşdırdığını söylədi.
“Humanitar əməliyyatlar yanacaqsız həyata keçirilə bilməz. Yanacaq doldurulması dərhal bərpa edilməsə, bir neçə gün ərzində humanitar yardım, rabitə və bank fəaliyyəti dayandırılacaq”. Petropulos qeyd edib ki, yanacaq çatışmazlığı bütün həyati vacib sektorlara təsir edəcək.
Petropoulos, Qəzza Səhiyyə Nazirliyi tərəfindən idarə olunan 5 xəstəxananın, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Təşkilatının (UNRWA) istifadə etdiyi 17 sağlamlıq mərkəzinin, 5 səhra xəstəxanasının, tibb müəssisəsinin və 28 təcili yardım maşınının tükənməsinin gözlənildiyini bildirib.
Nuranə Məmmədova