BMT-dən Rusiya şirkətlərinin aktivlərinin dondurulması ilə bağlı yeni təklif

111

BMT-nin taxıl müqaviləsini bərpa etmək üçün yeni təklifləri aktivləri hazırda Avropa tərəfindən bloklanan Rusiya ərzaq istehsalçılarının aktivlərinin dondurulması üçün danışıqlara başlamaq ideyasını ehtiva edir.  Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, beynəlxalq təşkilatın təşəbbüslər paketinə Rosselxozbank-ın yenidən “SWIFT” sisteminə qoşulması təklifi də var. Bundan əlavə, BMT əvvəllər ammonyak daşıyan zədələnmiş boru kəmərləri üçün zərərin qiymətləndirilməsi prosesinə başlamağı təklif edir.

Bundan əlavə, nəşr yazır ki, paketdə qida daşıyan Rusiya gəmilərinin sığortası ilə bağlı problemlərin həlli üçün addımlar barədə BMT-nin təklifi var.

 

Havar Şəfiyeva