BMT Təhlükəsizlik Şurasında və Bretton-Vuds institutlarında islahatların aparılmasının vaxtı çatıb və onları bugünkü dünyanın reallıqlarına uyğunlaşdırmaq lazımdır.
Elchi.az xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş deyib.
“Qlobal maliyyə arxitekturası köhnəlib, işləmir və ədalətsizdir”, – Quterreş bildirib.
BMT-nin baş katibinin sözlərinə görə, COVİD-19 pandemiyası və Ukraynadakı münaqişənin yaratdığı iqtisadi sarsıntılar qarşısında qlobal maliyyə sistemi qlobal sığorta şəbəkəsi kimi əsas funksiyasını yerinə yetirə bilməyib.
Aprel ayında BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən A.Quterreş bildirmişdi ki, BMT ölkələrinin əksəriyyəti Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini bildirir.
Böyük Britaniya və İsrail arasında gərginlik artır
Böyük Britaniya hökuməti işğal olunmuş Qərb Sahilindəki qanunsuz İsrail yaşayış məntəqələrində istehsal olunan mallara və bu əraziləri əhatə edən ticarətə...





















Son şərhlər