Bloomberg: Çin Avropaya ən böyük dizel yanacağı tədarükçüsü olacaq

62

ABŞ-da Avropanın Rusiya dizel yanacağını necə əvəz edəcəyini izah etdilər.
Elchi.az xəbər verir ki, Vortexa mütəxəssisləri hesab edirlər ki, Rusiyadan neft məhsullarının idxalına qadağa qüvvəyə mindikdən sonra Çin Aİ ölkələrinə ən böyük dizel yanacağı tədarükçüsü ola bilər.
Bloomberg-in məlumatına görə, keçən il Aİ ölkələri Rusiyadan təxminən 220 milyon barel dizel yanacağı alıb. Hesabatda deyilir ki, embarqo tətbiq edildikdən sonra belə bir həcmi kompensasiya etmək çətin olacaq, lakin Avropa azalan həcmi Çindən gələn təchizatla əvəz edə bilər.
Məqalədə qeyd edildiyi kimi, son aylarda Çindən Avropaya dizel yanacağının tədarükü kəskin şəkildə artıb. Mütəxəssislər 2023-cü ilin birinci yarısında Çinin mümkün ixracatını gündə 400-600 min barel arasında qiymətləndirirlər. Bununla belə, onlar xəbərdarlıq ediblər ki, Pekin bəzən hətta yanacaq ixracından əldə etdiyi mənfəət hesabına ətraf mühitin qayğısına qalmağı seçir.
Xatırladaq ki, 2022-ci il dekabrın sonunda Rusiya baş nazirinin müavini Avropanın Rusiya neft məhsullarını necə əvəz edə biləcəyini anlamadığı üçün Rusiya Federasiyasının Aİ neft embarqosunun yekun parametrlərini gözləyəcəyini bildirmişdi.

Şayəstə