Blinkenin  Ukraynada qalma səbəbi məlum oldu

95

ABŞ dövlət katibi Entoni Blinken əks hücumu müzakirə etmək üçün iki gün Ukraynada qalacaq.  Elchi.az bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

Adının çəkilməsini istəməyən rəsmi Vaşinqtonun Ukrayna tərəfi ilə hərbi ehtiyacları və ölkənin enerji təhlükəsizliyini gücləndirmək üçün lazım ola biləcək tədbirləri də müzakirə edəcəyini bildirib.
Bloomberg-in məlumatına görə, Blinken Vladimir Zelenski, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və baş nazir Denis Şmıqalla görüşəcək.

Bundan əvvəl Blinkenin Kiyevə rəsmi səfərə gəldiyi məlum olub. Aydınlaşdırılıb ki, hazırda Kiyevin mərkəzində nəqliyyatın hərəkəti dayandırılıb.

Havar Şəfiyeva