Blinkenin Netanyahuya iki dövlətli həll VURĞUSU

52

ABŞ dövlət katibi Entoni Blinken İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə Fələstin məsələsində iki dövlətli həll yolunu vurğulayıb.

Elchi.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Ned Prays tərəfindən edilən yazılı açıqlamada Blinkenin Netanyahu ilə telefonda ikitərəfli görüşdə ABŞ-a Fələstin-İsrail münaqişəsi ilə bağı iki dövlətli həlli xatırlatdığı bildirilib.

“ABŞ dövlət katibi Entoni Blinken bu gün İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar yolu ilə iki dövlətli həll variantını dəstəklədiyimizi və onun həyat qabiliyyətini təhlükə altına qoyan siyasətlərə qarşı olduğumuzu təkrarladı.

Nazir israillilərin və fələstinlilərin sakitliyi bərpa etmək üçün addımlar atmasının vacibliyini və gərginliyi daha da artıracaq birtərəfli tədbirlərə qəti etirazımızı vurğuladı”, – bəyanatda deyilir.

Yeganə