ABŞ dövlət katibi Entoni Blinken Qəzza zolağında atəşkəsin nəticələrini açıqlayıb. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Misir və İordaniyadan olan həmkarları ilə Əmmanda keçirdiyi birgə mətbuat konfransında Blinken Qəzzada hərbi əməliyyatların dayandırılması ehtimalını şərh edib. ABŞ dövlət katibinin sözlərinə görə, atəşkəs yalnız Fələstinin radikal HƏMAS hərəkatının qüvvələrinin yenidən qruplaşmasına gətirib çıxaracaq.
Blinken qeyd edib ki, hərbi əməliyyatlarda fasilə yaraqlı təşkilata yenidən toparlanmağa və oktyabrın 7-də etdiklərini təkrar etməyə imkan verəcək. Eyni zamanda, bəzi Amerika müttəfiqləri atəşkəs ideyasını dəstəkləyir.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinkenin noyabrın 2-10-da xarici turneyə gedəcəyi məlum olub. Diplomat İsrail, İordaniya, Yaponiya, Cənubi Koreya və Hindistana səfər edəcək.
Havar Şəfiyeva