Blinken Paşinyanla sərt tonda danışıb… – KİV

44

Xəbər verdiyimiz kimi, bu günlərdə ABŞ Dövlət katibi Entoni Blinkenin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı olmuşdu. Telefon danışığı zamanı Blinkenin Paşinyanla kifayət qədər sərt danışdığı iddia edilib.
xəbər verir ki, bu barədə “Past” nəşri məlumat yayıb.
Nəşr yazır ki, dövlət katibi bir sıra protokol formalarla yanaşı, Paşinyanı sülh prosesini dəstəkləmək üçün konkret nəticələrə doğru irəliləyişi davam etdirməyə çağırıb:
“Diplomatik mənbənin bildirdiyinə görə, Blinken Paşinyanla kifayət qədər sərt tonda danışıb ki, bunun da geosiyasi səbəbləri var. ABŞ tərəfi Rusiyanın münasibətlərin nizamlanmasına dair təklifləri ilə bağlı Ermənistanın siyasi sferasında səslənən mesajlardan ciddi narahatdır. Məsələ ondadır ki, Ermənistan hakimiyyəti dəfələrlə açıq şəkildə bəyan edib ki, onlar Rusiyanın təkliflərinə (Qarabağ məsələsinin həllini gələcək nəsillərin öhdəsinə buraxmaq, Rusiya sülhməramlılarının müddətinin uzadılması və s.) tərəfdardırlar.
Vaşinqton da “Rusiya variantı”nın üstünlük təşkil edəcəyindən ciddi şəkildə narahatdır ki, bu da öz geosiyasi maraqları və ambisiyaları ucbatından Qərbin regionumuzdakı planlarının iflasa uğraması demək olacaq. Təbii ki, Rusiyanın istənilən aktivləşməsi, onun təsir dairələrinin bərpası və ya genişlənməsi, yumşaq desək, Qərbi və xüsusən də ABŞ-ı narahat edir”.