Bizdə niyə belədi?

116

“Adam milyardlarla pul xərclədi. Binalar ucaltdı. Dedi burda misli olmayan əhalisi bir milyonluq şəhər tikəcək. Xərclədiyi vəsaiti də dövlət bankından almışdı. Birdən anladılar ki, bu layihə bitənə bənzəmir, pul da bir ucdan gedir. Nə borclar, nə də kreditlər geri qayıtmır”.

Elchi.az xəbər verir ki, bu barədə “Qanun” Nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu Fb hesabında qeyd edib:

“2015 ci ildən tikinti dayanıb. Amma o vəsaitin taleyini soruşan kimsə yoxdur.
Layihənin həcmi 100 milyard idi.
100 milyard dollarlıq (dövlət büdcəmizdən bir neçə dəfə çox) bir layihə həyata keçirən adam öz kəndində kitabxana tikməzmi? Öz kəndində kitabxana tikməyən birinə 1 milyon əhali üçün şəhər tikməyi etibar etmək olarmı?
Milyardlarla dövlət puluna sadəcə beton dirəklər ucaldan adamdan 100 kəlməlik izahat alınmır ki, bu pullar hara getdi?
Bu utopik layihənin müəllifinin əlavə təqdimata ehtiyacı yoxdur yəqin.
Hacı İbrahim Nehrəmlini deyirəm”.

Yeganə