“Bir neçə il sonra organik məhsulların tapılmasında çətinlik yaranacaq” – iqtisadçı

178

“Kənd Təsərrüfatının müxtəlif sahələrində inkişaf olduğu kimi təbii ki, geriləmələr də mövcuddur. Bununla belə istehsalın intesivləşdirilməsinin zəruri şərti olan kənd təsərrüfatı torpaqlarının konsolidasiyası prosesi də təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin tərkib hissəsi kimi kənd təsərrüfatında önəmli faktordur”. Bu fikirləri Elchi.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova deyib.

O, həmçinin əlavə edib: “Kənd təsərrüfatında gözlənilən inkişafa nail ola bilməmənin əsas səbəblərindən biri urbanizasiyalaşmadır. Bununla yanaşı bölgələrdə su sistemində mövcud olan problemlər, heyvandarlığın inkişafı üçün yetərli əkin sahələrinin olmaması bu sahəyə olan qalan marağı da öldürür. Ümumiyyətlə kənd təsərrüfatı məhsullarının qiymətində 30-40% artım müşahidə edilir”.

G.Hüseynova onu da vurğulayıb ki, bir neçə il sonra organik məhsul tapılmasında çətinlik yaranacaq, qiymətlər alıcının büdcəsinə uyun olmayacaq.
“Toxum, gübrə və s məhsullarında müəyyən güzəştlər olunsa da məhsulu əkib becərən fermer qıtlığı yaranacaq. Bütün bunları nəzərə alaraq iqtisadi problemin ilk həlli yolu urbanizasiyaĺaşmanın qabağının alınmasıdır”.

Havar Şəfiyeva