Fevralın 24-dən martın 2-dək Türkiyədə 1577 qeyri-qanuni miqrantın həbs edildiyi, 1510 qeyri-qanuni miqrantın isə deportasiya edildiyi açıqlanıb.
Elchi.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin sosial media hesabında paylaşılan videoya görə, fevralın 24-dən martın 2-dək ölkə daxilində 1577 qeyri-qanuni miqrant (407 Əfqanıstan, 18 Pakistan və 1152 digər millət) tutulub.
Ölkəyə qeyri-qanuni yollarla daxil olduqları müəyyən edilən və saxlanılan 1510 qeyri-qanuni miqrant, 458 Əfqanıstan, 169 Pakistan və 883 digər millətdən olan miqrant isə deportasiya edilib.
Yeganə