Binəli Yıldırım tibbi yardım təyyarəsi ilə Türkiyəyə qayıdacaq.
Elchi.az xəbər verir ki, bunu AK parti sözçüsü Ömər Çelik Tviterdə yazıb.
“Keçmiş olsun arzularını çatdıran hər kəsə təşəkkür edirəm. AK parti sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçinin durumları yaxşıdır”, – o bildirib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində ölkəyə gəlmiş Binəli Yıldırım, mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Cəbrayıldan qayıdarkən döngədə idarəetməni itirərək qəzaya düşüb. Onlar Mərkəzi Klinikaya yerləşdiriliblər.
Azərbaycan-BƏƏ hərbçilərinin təlimində təyyarə və helikopterlərin uçuşu olub- VİDEO
Azərbaycanda keçirilən “Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi uğurla davam edir. Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq,...





















Son şərhlər