"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Bildiklərimin bir çoxunu deməmişəm”

24 Noyabr 2015 - 11:49
in CƏMİYYƏT
FacebookVatsap
“Bildiklərimin bir çoxunu deməmişəm”

Ərəstun Oruclu: “Bu hüquq hər kəsə aiddir, quldura da, oğruya da, cinayətkara da, qanqsterə də, sütenyora da və hətta Akif Çovdarova da…”

Bunu da oxuyun

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

“Mənə heç bir təklif olmayıb və təklif gözləmirəm də”

“MTN işi” ətrafında cərəyan edən proseslər nisbətən səngisə də, ölkə gündəminin əsas müzakirə mövzusu olaraq qalmaqdadır. Bundan sonra nələr olacaq, dövlətin təhlükəsizliyini sarsıdan şəxslər tam müəyyənləşdimi, yoxsa həbslərin davamı gələcək və s. suallara birmənalı cavab yoxdur. Mövzu ilə bağlı milli təhlükəsizlik xidmətinin sabiq əməkdaşı, siyasi analitik Ərəstun Oruclu ilə söhbət etdik.  
– Ərəstun bəy, “MTN işi” ilə əlaqədar bütün məlumatları ictimaiyyətə açıqlamısınız, yoxsa zamana ehtiyacı olan məsələlər də var?
– Zaman məsələsi deyil. Sadəcə mənə elə gəlir ki, hər bildiyini mətbuata çıxarıb cəmiyyəti qarışdırmağa ehtiyac yoxdur. MTN-lə bağlı artıq deyiləcək şeylər deyildi, indi söz hüquq-mühafizə orqanlarının, prokurorluğundur, gələcəkdə məhkəmənindir. Onlar artıq mərhələ-mərhələ sözünü deyir və deməkdə də davam edəcəklər. Çünki bugünkü gün başlıca vəzifələrdən biri artıq yeni rəhbərliyin olduğu bir dönəmdə bu orqana köhnə rəhbərlik tərəfindən dağıdılmış ictimai etimadın bərpa olunmasıdır. Bu, prioritet məsələdir. İfrat hissə qapılıb unutmamalıyıq ki, bütün bu məsələlərin arxasında dövlət maraqları, ictimai maraqlar və hər birimizin şəxsi maraqları durur. Heç kim təminat verə bilməz ki, hansısa başıpozuq terrorçunun hədəfinə gəlməyəcək. Onunla mübarizə aparmalı, onun qarşısını almalı, bizim təhlükəsizliyimizi təmin etməli olan orqan da MTN-dir.  Deməli, bu nazirliyə qarşı mətbuatda gedən yazılar, fikirlər, düşüncələr bir çox hallarda ayırd olunmur. Deyək ki, rəhbərlik bir tərəfə, çoxsaylı vicdanlı əməkdaşlar digər tərəfə qoyulmur, yəni ümumiləşdirilir və cəmiyyətdə etimadı azaldır.  Onsuz da bu etimad cəmiyyətdə ciddi şəkildə çat verib.
– Hazırda nazir səlahiyyətlərini icra edən, milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev deyib ki, MTN əməkdaşlarının 99 faizi saf, təmiz fəaliyyət göstərir. Generalın dedikləri ilə razılaşırsınızmı?
– Mənim faiz məsələsi ilə işim yoxdur. Amma Mədət Quliyevin dediyində böyük bir həqiqət var ki, söhbət keçmiş rəhbərlikdən və ola bilər ki, hələ bir neçə nəfər də qalmaqda olan, rəhbər post tutan şəxslərdən gedir. Amma nazirliyin mütləq əksəriyyəti, əməliyyat heyəti, zabit heyəti, əməkdaşlar heyəti vicdanlı adamlardır. Onlar bütün bu illər boyu öz işini görüb. Məhz onların öz işini görməsi sayəsində də ölkə bir çox kataklizmlərdən sığortalanıb. Məsələ burasındadır ki, xüsusi xidmət orqanlarının fəaliyyəti gözlə görünmür. Tutalım ki, cəmiyyət sabit, sakit yaşayanda, terrorla, müxtəlif təlatümlərlə üzləşməyəndə belə bir qurumun olduğu, onun təhlükəsizliyin təminatında xidmətinin olması unudulur. Amma hansısa bir hadisə baş verəndə təbii ki, o qurum yada düşür və ön plana çıxarılır. Bu baxımdan nazir əvəzi tamamilə haqlıdır. Bəli, doğrudan da nazirliyin əməkdaşlarının mütləq əksəriyyəti vicdanla öz işini görür.
– Bu ərəfədə sizə peşəkar kadr olaraq MTN-ə qayıtmaq təklifi oldumu? 
– Xeyr, mənə heç bir təklif olunmayıb və belə bir təklif gözləmirəm də. Mən düşünürəm ki, yerimdə daha çox həm lazımlıyam, həm də özümü rahat hiss edirəm. Belə daha yaxşıdır. Amma eyni zamanda mən bütün bunlara baxmayaraq, dövlətin nə özünə, nə onun hansısa bir institutuna, onun müqəddəratına biganə olmağın tərəfdarı deyiləm. Müxalif mövqedə olmaq olar, amma dövlətə yox. Xüsusilə də söhbət əgər sözün həqiqi mənasında dövlətin onurğa sütunu olan Milli Təhlükəsizlik Nazirliyi kimi mühüm bir orqandan gedirsə…Yəni bu mərhələnin media fırtınası arxada qaldı. İndi biz daha çox hüquqi məsələlərə, hüquqi müstəviyə qayıtmalıyıq. Bundan başqa etimad məsələsinə fikir verməliyik. İnsanların inamı bərpa olunmalıdır ki, bəli, bu orqan insanların təhlükəsizliyi üçün çalışıb. Bəli, bu orqan dövlətin təhlükəsizliyi üçün çalışıb. Bəli, bu orqan belə olub, sadəcə bir ovuc insan bundan sui-istifadə edib.
– Həmin bir ovuc insan tam müəyyənləşib ortaya çıxarıldımı, ifşa olundumu, yoxsa hələ proses başa çatmayıb? 
– Mən düşünürəm ki, hələ araşdırmalara ehtiyac var. Şübhəsiz ki, hüquq-mühafizə orqanları, istintaq orqanları bunu çox gözəl bilirlər. Ona görə də mən artıq istintaqdan kənar nəyisə demək istəmirəm. Müəyyən bir müddət keçər. Görsək ki, həqiqətən bizim hesablamalarımıza görə cəzalandırılmalı adamlardan kimlərsə kənarda qalıb, şübhəsiz ki, biz onda sözümüzü deyəcəyik. Sözümüzü demək bizim haqqımızdır, heç kəs bu haqqı bizdən ala bilməz. Amma hal-hazırda istintaq getdiyi mərhələdə bu barədə hadisələri qabaqlamağa ehtiyac yoxdur.
– Yeri gəlmişkən, bu arada mətbuata bu proseslə əlaqədar xəbərdarlıqlar edildi, bəzi sayt rəhbərləri prokurorluğa çağırıldı. Mövzu ilə bağlı ekspert kimi çıxış edən və kifayət qədər məlumat bazasına malik şəxs olaraq sizə hər hansı xəbərdarlıq edilməyib ki?
– Xeyr, olmayıb. Ona görə ki, mən açıqlamalarımda, yazılarımda, müsahibələrimdə heç bir zaman qərəzli mövqe ortaya qoymamışam. Mənim dediklərim hamısı faktlar olub. Hətta bir çoxunu deməmişəm. Qeyd etdiyimi kimi, bu, cəmiyyətdə yersiz gərginliyə, əlavə təlatümlərə səbəb ola bilər. Ona görə də o məsələlərə toxunmamışam. Mən məsuliyyət hissini itirmiş adam deyiləm. Amma əsla bunun arxasında qorxmaq- çəkinmək dayanmır. Mən hətta Eldar Mahmudovun nazir olduğu dönəmdə, Akif Çovdarovun qanqsterlik etdiyi dönəmdə sözümü demişəm. Hər zaman demişəm, bu gün də deyirəm. Düşünmürəm ki, xəbərdarlıq olunmaq üçün nəyəsə rəvac vermişəm. Vermişəmsə, xəbərdarlıq olunarsa, mən bunu normal qəbul edərəm. Hər bir insanın yanılmaq haqqı, ehtimalı var. Əgər yanılırsansa, sənə xəbərdarlıq olunursa ki, sən bu hərəkəti yersiz etmisən, düşünürəm ki, buna da aqressiv yanaşmaq lazım deyil. Heç kim səhvdən sığortalanmayıb. Amma düşünürəm ki, mənim buna rəvac verəcək yanaşmam olmayıb.
– Saxlanılan Akif Çovdarovun təcridxanada üzləşdiyi bəzi hallarla bağlı ölkə başçısına müraciət edəcəklərini də deyirlər. Bu müşahidələrlə bağlı fikriniz maraqlı olardı…
– Əslində cəmiyyətdə də buna çox qəribə yanaşma oldu. Deyək ki, tutalım Akif Çovdarov cinayətlər törədibsə, insanları qanunsuz olaraq hətta az qala özünün şəxsi həbsxanalarında girov saxlayıbsa…
– Üzr istəyirəm, bu məlumatlara inanırsınızmı?
– İnanmamağa əsasım yoxdur, çünki bu şeylər rəsmi şəkildə təkzib olunmayıb…Amma mən məsələyə fərqli yanaşıram. Akif Çovdarov bütün bu qanunsuzluqları törədibsə, bu, o demək deyil ki, onun hüquqları qanun çərçivəsində təmin olunmamalıdır, yaxud ona qarşı hər şey ola bilər. Qanunsuzluq qanunsuzluqdur, fərqi yoxdur. O ki qaldı hüquqlarının müdafiə olunması məsələsinə, bu, istənilən Azərbaycan vətəndaşının konstitusiyada öz əksini tapmış hüququdur və bu hüquq hər kəsə aiddir, quldura da, oğruya da, cinayətkara da, qanqsterə də, sutenyora da və hətta Akif Çovdarova da…
– Gündəmin suallarından da biri budur ki, bütün baş verənlərə rəğmən sabiq nazir Eldar Mahmudovun azadlıqda olması normaldırmı?
– Bu, artıq istintaqın işidir. Əminəm ki, istintaq bu barədə öz sözünü deyəcək. Yox, normal qarşılamıram. Orqanda bu qədər qanunsuzluqlar baş verəbsə, təbii ki, nazir məsuliyyətə cəlb olunacaq. Sadəcə zamana ehtiyaca olan məsələdir.
– Yeni nazir təyinatı sözsüz ki, prezidentin səlahiyyətində olan məsələdir. Bəs, siz bu qurumu tanıyan bir peşəkar olaraq kimin nazir təyin olunacağını güman edirsiniz, düşüncənizdə konkret namizəd varmı? 
– Mənim bu barədə düşünməyim üçün nə səlahiyyətim yoxdur, nə də hesab etmirəm ki, mənim fikrim bu məsələdə nəsə bir rol oynayır. Hər halda nazir əvəzi var və bildiyim qədər orda təmizləmə işləri kifayət qədər intensiv şəkildə aparılır. Bundan sonra dövlət başçısı özü müəyyənləşdirəcək. Ola bilər ki, elə indiki nazir əvəzi nazir qalsın. Hər şey ola bilər, konkret deyə bilmərəm. Fikrimcə, bu, texniki məsələdir.
Previous Post

“Bildiklərimin bir çoxunu deməmişəm”

Next Post

Leyla Əliyevanın qızı futbol meydançasında (FOTO)

Bənzər yazılar

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Bu barədə...

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

29 Sentyabr 2026 - 16:44

Ev şəraitində hazırlanan konserv məhsullarının təhlükəsizliyi xammalın düzgün seçilməsi, sanitariya-gigiyena qaydalarına və texnoloji tələblərə əməl olunması, kifayət qədər istilik emalı...

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

29 Sentyabr 2026 - 16:37

Oktyabrın 5-də “Daha təhsilli gələcək” devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək. Bu barədə Elchi.az-a Elm və Təhsil...

Sabah yağıntılar kəsiləcək

Sabah yağıntılar kəsiləcək

29 Sentyabr 2026 - 16:17

Bu gecə Bakının və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Sabah səhər isə yağıntılar kəsiləcək. Oktyabrın 1-də...

Next Post

Leyla Əliyevanın qızı futbol meydançasında (FOTO)

Leyla Əliyevanın qızı futbol meydançasında (FOTO)

Son xəbərlər

30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

30 Sentyabr 2026 - 00:00
Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57
Rusiya neft emalı zavodlarını məxfiləşdirir

Rusiya neft emalı zavodlarını məxfiləşdirir

29 Sentyabr 2026 - 20:28
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16
Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub

29 Sentyabr 2026 - 20:13
Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10
Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

29 Sentyabr 2026 - 20:00
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

29 Sentyabr 2026 - 19:20
Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

29 Sentyabr 2026 - 19:07
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

29 Sentyabr 2026 - 18:56
“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

29 Sentyabr 2026 - 18:48
Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

29 Sentyabr 2026 - 18:37
Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

29 Sentyabr 2026 - 18:29
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

29 Sentyabr 2026 - 18:20
Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

29 Sentyabr 2026 - 17:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.