Elchi.az xəbər verir ki, Avstraliyanın xarici işlər naziri Penni Vonq bəyan edib ki, beynəlxalq ictimaiyyət Qəzzada mülki şəxslərin ölümünü qəbul etməyəcək.
ABC News-un məlumatına görə, Avstraliyanın xarici işlər naziri Penni Vonq İsrailin intensiv hücumu altında olan Qəzzada humanitar vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında Avstraliyanın münaqişədə “humanitar fasilə” çağırışını təkrarlayıb və bəyan edib ki, bu kimi təcili humanitar yardımlar ərzaq, dərman və yanacağa ehtiyac var idi.O, yardım materiallarının Qəzzalılara çatdırılmalı olduğunu söylədi.
İsraili dəstəklədiyini təkrarlayan və Təl-Əvivin “özünü müdafiə etmək hüququna malik olduğunu” ifadə edən Vonq, HƏMAS-ı “terror qrupu” adlandırıb.
HƏMAS-ın mülki infrastrukturdan özünə qalxan kimi istifadə etdiyini iddia edən Vonq, bu vəziyyətin İsrailin beynəlxalq hüquq və müharibə qaydalarına əməl etmə öhdəliyini azaltmadığını ifadə edərək, “Hətta müharibədə belə qaydalar var” dedi.
Şayəstə Hüseynova