Beyləqanda maşın aşdı: ölən var

35

Yanvarın 24-də Beyləqan-Kəbirli-Ağcabədi avtomobil yolunun Beyləqan rayonunun Örənqala qəsəbəsi ərazisindən keçən 30-cu kilometrində ağır qəza baş verib.

Elchi.az xəbər verir ki, 1967-ci il təvəllüdlü Əhməd İslam oğlu Həsənov idarə etdiyi VAZ-21099 markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə Əhməd Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.