Elchi.az xəbər verir ki ,Almaniyanın paytaxtı Berlində Fələstinlə həmrəylik nümayişi keçirilib
Fələstinə dəstək və İsrail hökumətinə etiraz etmək üçün toplaşan fəallar Kreuzberg rayonundakı Mehrinq meydanında bir araya gəlib.
“Fələstinlə həmrəylik yürüşü” çərçivəsində fəallar Vilhelm və Fridrix küçələrindən Brandenburq darvazasına qədər gediblər.
Fəallar əllərində “Soyqırımı dayandır”, “Fələstinə azadlıq”, “Qəzza, ağlama, səni heç vaxt ölməyə qoymayacağıq” və “Almaniya, sənin əllərin qanı var” yazılı lövhələr qaldırıblar.
Fələstin bayraqları daşıyan nümayişçilər “Almaniya maliyyələşdirir, İsrail öldürür”, “Qəzzəyə azadlıq”, “Soyqırımı dayandır” kimi şüarlar səsləndiriblər.
Bəzi Berlinlilər marşrut boyu pəncərələrdən Fələstin bayraqlarını dalğalandıraraq nümayişçilərə dəstək veriblər.
İştirakçılardan Christa Weber, artıq Fələstində baş verənlərə dözə bilmədiyi üçün nümayişə qatıldığını ifadə edərək, “Bu, soyqırımdır. “Orada uşaqlar və körpələr qətlə yetirilir və oktyabrın 7-8-də baş verənlər heç bir şəkildə mütənasib deyil.