Berbokun Si Cinpin haqqında dedikləri açıq siyasi təxribatdır

94

Elchi.az xəbər verir ki, Pekin Almaniyanın xarici işlər naziri Berbokun sözlərinə görə diplomatik kanallarla Berlinə ciddi təmsilçilik edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Barbokun Çin prezidenti Si Cinpinin “diktator” olması ilə bağlı açıqlamalarının absurd və açıq siyasi təxribat olduğunu bildirib. Mao Ninqin sözlərinə görə, Çin tərəfi Almaniya xarici işlər nazirinin sözlərindən kəskin narazılığını bildirir.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning, “Almaniya nümayəndələrinin bəyanatları tamamilə absurddur, əlavə olaraq, Çinin siyasi nüfuzuna çox zərərlidir, bu, açıq siyasi təxribatdır” dedi.
Bundan başqa, siyasətçi əlavə edib ki, Pekin diplomatik kanallar vasitəsilə Berlinə ciddi təmsilçilik edib.

Şayəstə Hüseynova