Van der Bellen Vyanada qəbiristanlığın yəhudi hissəsinə yanğın törədilməsi xəbərinə cavab verib.
Elchi.az xəbər verir ki, Avstriya prezidenti Alexander Van der Bellen son həftələrdə respublikada antisemitizm hallarının artdığını elan edərək, onlara son qoymağa çağırıb.
Van der Bellen Avstriya Yəhudi İcmasının prezidenti Oskar Deyçin çərşənbə günü, noyabrın 1-nə keçən gecə naməlum şəxslərin Vyanada qəbiristanlığın yəhudilərə aid hissəsini yandırması barədə bəyanatını şərh edib. Dövlət başçısı bu xəbərdən “dərin sarsıntı keçirdiyini” qeyd edib.
“Son həftələrdə Avstriyada antisemit hadisələrin sayı xeyli artıb. Buna son qoyulmalıdır”, o əlavə edib.
Avstriya lideri “bir daha heç vaxt” sözlərinin hər kəs üçün konkret çağırış olduğunu vurğulayıb. “Burada antisemitizmə yer yoxdur. Burada nifrətə yer yoxdur”, – deyə o, “yəhudilər Avstriyada yaşaya bilməlidir” sözlərini yekunlaşdırıb.
Şayəstə Hüseynova