Belçikada futbola rəhbərlik edən ilk qadın

478

Elchi.az xəbər verir ki, 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatından sonra təlatümlü dövr yaşayan Belçika Futbol Federasiyasının prezidenti postuna ölkə tarixində ilk dəfə olaraq qadın təyin edilib.
Federasiyanın direktorlar şurası əvvəlki prezident Pol Van den Bulkun istefasından sonra Paskal Van Dammı prezident təyin edib.
“Paskaly Van Damm prezident kimi öz vəzifələrini konstruktiv, dürüst və əməkdaşlıqla yerinə yetirmək istəyir”, – federasiyanın bəyanatında deyilir.
Van Damm isə federasiya rəhbərliyinin onunla yeni səhifə açmaq qərarından məmnun olduğunu bildirib.
Pascale Van Damme əvvəllər İT sənayesində menecer vəzifəsində çalışıb. Bəzi beynəlxalq texnoloji şirkətlərdə çalışan Van Dammın federasiyanın prezident seçkilərinə qədər vəzifəsində qalacağı qeyd edilib.
Qətərdə keçirilən 2022 FIFA Dünya Kubokundan sonra istefa və işdən çıxarılmalarla gündəmə gələn Belçika Futbol Federasiyası, mart ayında CEO Peter Bossaert-in icazəsiz öz maaşını artırdığı və Bossaert-in işdən çıxarıldığı xəbəri ilə gündəmə gəlmişdi.
Federasiyanın keçmiş prezidenti Paul Van den Bulk da ötən həftə icraiyyə komitəsinin onun barəsində idarə heyətinə şikayət məktubu göndərdikdən sonra istefa verib.
2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatında favoritlər arasında göstərilən Belçika qrup mərhələsində turnirdən kənarlaşdırıldıqdan sonra Domeniko Tedesko baş məşqçi Roberto Martinezlə əvəzlənib, futbol idarəçiliyində bəzi adlar dəyişdirilib.

Şayəstə Hüseynova