Bayramov Xorvatiyanın Baş naziri ilə görüşdü

104

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xorvatiyanın Baş naziri ilə ikitərəfli əlaqələri müzakirə edib.

Elchi.az xəbər verir ki, nazir bu barədə X hesabında paylaşım edib.

“Azərbaycan və Xorvatiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi ətrafında fikir mübadiləsi aparmaq üçün Xorvatiyanın Baş naziri Andrey Plenkovic ilə görüşməkdən şərəf duyuram”, – paylaşımda qeyd olunub.