Bayden və Zelenski BU silahların tədarükü məsələsini müzakirə ediblər

55

Bu gün səhər saatlarında ABŞ prezidenti Co Bayden Kiyevə elan olunmamış səfər gəlib.

Elchi.az “Reuters”-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski artıq amerikalı həmkarı ilə uzaq mənzilli silahların tədarükü məsələsini müzakirə etdiyini açıqlayıb.

Ağ Evin yaydığı bəyanatda Bayden Vaşinqtonun Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyini qeyd edib. Onun sözlərinə görə, Kiyevə yeni yardım paketinə artilleriya sursatları, tank əleyhinə sistemlər və hava nəzarəti radarları daxildir.

“Bu həftənin sonunda biz anti-Rusiya sanksiyalarından yayınmağa çalışan elita və şirkətlərə qarşı əlavə sanksiyalar elan edəcəyik”, – deyə Amerika prezidenti bildirib.

Yeganə