Bayden təyyarəyə minərkən yıxılıb-VİDEO

71

ABŞ prezidenti Co Bayden Varşavadan təyyarəyə minərkən yıxılıb. Bu, ABŞ dövlət başçısının təyyarənin pilləkənlərini çıxararkən yıxıldığı ilk hadisə deyil.

Elchi.az xəbər verir ki, Amerika prezidenti yuxarı qalxaraq, heç nə olmamış kimi, təyyarənin yanında dayananlara tərəf dönüb, sağollaşıb və sonra içəri keçib.

Xatırladaq ki, Bayden fevralın 21-də Varşavaya gəlib və burada polşalı həmkarı Anjey Duda ilə görüşüb. Çııxışı zamanı o, ruslara müraciət edib, həmçinin Ukraynadakı münaqişəyə toxunaraq, Amerika və NATO-nun Kiyevə dəstəyini davam etdirəcəyini bildirib.

Yeganə