Bayden Si Cinpin ilə görüşməyi planlaşdırır

41

ABŞ prezidenti Co Bayden Çin prezidenti Si Cinpinlə görüşməyi planlaşdırdığını açıqlayıb.

Elchi.az xəbər verir ki, Bayden Avstraliya Baş naziri Entoni Albanes və İngiltərə Baş Naziri Rişi Sunak, Avstraliyanın nüvə sualtı qayığına sahib olmasını və nüvə sualtı qayıqlarında istifadə edilən texnologiyanın paylaşılmasını ehtiva edən AUKUS müqaviləsi çərçivəsində Kaliforniyanın San Dieqo şəhərində görüşüblər.

Üçtərəfli görüşdən sonra Bayden ayrıca liderlərlə ikitərəfli görüşlər də keçirib.

“Çinin AUKUS-u ona qarşı təcavüz aktı kimi görə biləcəyindən narahat olub-olmaması” ilə bağlı suala Bayden “Xeyr” cavabını verib.

“Yaxın vaxtlarda Çin prezidenti Si Cinpinlə görüş gözlənilirmi?” sualına isə Bayden “Bəli” cavabını verib.

Yeganə