ABŞ prezidenti Co Bayden bildirib ki, Rusiya Ukraynadan daha böyük mükafatlar əldə etməyi hədəfləyir.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, Bayden bu barədə X sosial şəbəkəsindəki şəxsi səhifəsində dərc edib.
Belə ki, hazırkı dövlət başçısı ABŞ-ın keçmiş prezidenti Donald Trampın Rusiyanın NATO-ya hücumlarını təşviq etmək planları ilə bağlı bəyanatını şərh edib. Onun fikrincə, bu, guya Rusiya Federasiyasının təcavüzkar niyyətlərini sübut edir.
“Ukraynanın niyə vacib olduğunu bilmək istəyirsiniz? Çünki, gördüyünüz kimi, Putin daha böyük mükafatlara ümid edir”, – Co Bayden sosial şəbəkədə yazıb.
Yeganə