Bayden jurnalistlərdən susmağı istədi

282

ABŞ prezidenti Co Bayden Yaponiyanın Xirosima şəhərində keçirilən G7 sammitində açılış nitqinin sonunda üzərinə çoxlu suallar yağdıqdan sonra mətbuat nümayəndələrindən “susmağı” istəyib.

Elchi.az bu barədə Ria.ru-ya istinadən xəbər verir.

Bayden Avstraliyanın baş naziri Entoni Albanese ilə danışıb. Bundan dərhal sonra jurnalistlər dövlət başçısına çoxlu suallar, o cümlədən ABŞ-ı təhdid edən defoltla bağlı suallar verməyə başlayıblar.

ABŞ prezidenti bildirib ki, defoltun yaxınlaşması ilə bağlı situasiyada tamamilə sakitdir və artıq borc tavanının artırılması üçün Respublikaçılar Partiyasının üzvləri ilə danışıqlar aparıb.

Xatırladaq ki, G7 sammitindən əvvəl Bayden ABŞ-ın borc defoltundan qaça biləcəyinə söz vermişdi.

Yeganə